Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına daha 83 ailə köçürülüb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdış proqramı çərçivəsində yeni köç gerçəkləşib. Prezident İlham Əliyevin tapşırığı ilə Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına 83 ailə, yəni 333 nəfər köçürülüb.
Köç prosesində Xocavənd şəhərinə 36 ailə – 140 nəfər, Quzeyxırman kəndinə isə 12 ailə – 45 nəfər qayıdıb. Cəbrayıl rayonunun Soltanlı kəndinə 17 ailə – 74 nəfər, Zəngilan rayonunun Cahangirbəyli kəndinə isə 18 ailə – 74 nəfər köçürülüb.
Doğma yurdlarına dönən sakinlər daha əvvəl respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti yaşayıblar. Qayıdanlar, göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sakinlər, həmçinin Azərbaycan Ordusunun hərbçilərinə minnətdarlıq edərək, torpaqların azadlığı uğrunda şəhid olanların xatirəsini ehtiramla anıblar. Bu mərhələ, Böyük Qayıdış proqramının daha bir uğurlu addımı kimi, regionun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.