Ezonn Xəbər

Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb

Berlində İkinci Dünya müharibəsindən qalma bunker satışa çıxarılıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Almaniyanın paytaxtı Berlində İkinci Dünya müharibəsi dövrünə aid 618 kvadratmetr sahəsi olan bir yeraltı bunker satışa çıxarılıb. Şarlottenburq rayonunda yerləşən bu obyektin ilkin satış dəyəri 398 min avro olaraq müəyyən edilib. Hərrac 17 dekabr 2023-cü il tarixində Berlinin “MOA” hotelində “Deutsche Grundstücksauktionen” (DGA) hərrac evi tərəfindən təşkil olunacaq. Bunker 1906-cı ildən qalan bir yaşayış binasının ikinci yeraltı mərtəbəsində, Kaiserdamm küçəsi, 102 ünvanında yerləşir. Bu zirzəminin bomba sığınacağına çevrilmə prosesi 1936-cı ildən start götürüb. Müharibə dövründə burada 250 nəfərin eyni vaxtda sığınması mümkün idi. Həmçinin, müharibənin son mərhələsində obyektin hərbi hospital kimi istifadə olunduğu düşünülür. Müharibədən sonrakı illərdə bunker uzun müddət boş qalıb. 2022-ci ildən isə onun bəzi hissələrində sərgi və incəsənət layihələri həyata keçirilib. Obyekt 18 ayrı otaqdan ibarət olmaqla yanaşı, ən geniş otağının sahəsi 183 kvadratmetrdir və tavan hündürlüyü təxminən 5 metrdir. Bunkerdə pəncərə, istilik, su və müasir havalandırma sistemləri yoxdur, lakin satış elanında onun anbar kimi istifadəsi mümkündür. Alıcı, obyektin qiymətindən əlavə, binanın saxlanma xərcləri üçün hər ay təxminən 743 avro ödəməyə məcbur olacaq. Qeyd edək ki, eyni binanın damında lüks mənzillərin tikintisi davam edir, bu mənzillərin qiyməti isə 2,5 milyon avroya qədər yüksəlir.