Ezonn Xəbər

BMT-nin Qərbi Saharadakı missiyasının əməkdaşları bölgəni tərk etməyə başlayıblar

BMT-nin Qərbi Saharadakı missiyasının əməkdaşları bölgəni tərk etməyə başlayıblar
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. BMT-nin Qərbi Saharda Referendumun Keçirilməsi üzrə Missiyasının (MINURSO) əməkdaşlarının bölgədən çıxarılma prosesi artıq başlanıb. Hespress xəbər portalının verdiyi məlumata görə, bu qərar BMT Təhlükəsizlik Şurasının oktyabrın sonunda missiyanın mandatını uzada bilməməsi səbəbindən qəbul edilib. İlk mərhələdə, bazar ertəsi axşamı, missiyanın beş hərbi əməkdaşı Əl-Ayun şəhərindəki I Həsən Beynəlxalq Hava Limanından təyyarə ilə bölgəni tərk ediblər. Bu, missiyanın təxliyə prosesinin başlanğıcı hesab olunur. Mənbələrə əsasən, qalan əməkdaşların da yaxın günlərdə mərhələli şəkildə bölgədən çıxarılması planlaşdırılır. Lakin missiyanın bütün əməkdaşlarının regionu nə vaxt tamamilə tərk edəcəyi barədə hələlik müvafiq məlumat təqdim edilməyib. BMT-nin bu missiyası, Qərbi Sahara bölgəsində referendumun keçirilməsini təmin etməyi məqsəd qoymuşdu, lakin mandatın uzadılması alınmadığı üçün əməkdaşların çıxarılması qərarı verilmişdir.