Ezonn Xəbər

Nəzrinin ölümünə görə saxlanılan həkim bəraət istəyir

Nəzrinin ölümünə görə saxlanılan həkim bəraət istəyir
Ezonn TV «Pravda.az» mənbəsinə istinadən xəbər verir. Bakıda 30 yaşlı Nəzrin Mansurlunun burun əməliyyatından bir gün sonra ölməsi ilə bağlı saxlanılan həkim Sənan Mehdiyev, barəsindəki qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. O, hökmün ləğv olunaraq bəraət almasını istəyir. Nəzrin Mansurova yanvarın 3-də Sənan Mehdiyev tərəfindən rinoseptoplastika cərrahiyyə əməliyyatına məruz qalıb. Əməliyyatdan sonra gənc qadının vəziyyəti ağırlaşıb, nəticədə komaya düşərək vəfat edib. Nəsimi Rayon Prokurorluğunun açıqlamasına görə, həkimin əməliyyatı qüsurlu icra etdiyi üçün onun Nəzrin Mansurovanın ölümünə səbəb olmasına dair əsaslı şübhələr müəyyən edilib. Sənan Mehdiyev Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) ittiham olunaraq cinayət məsələsi Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, həkim 2 il müddətinə azadlıqdan məhrum edilib, lakin Bakı Apellyasiya Məhkəməsi tərəfindən amnistiya aktı ilə tam azad olunub. Bununla yanaşı, Sənan Mehdiyevin adı daha əvvəl də ölüm hadisələrində hallanıb. 2015-ci ilin martında onun əməliyyat etdiyi 18 yaşlı Leyla Mürsəlova klinikadakı əməliyyatdan sonra vəfat etmişdi. Hadisə üzrə daha sonra aparılan istintaq nəticəsində Sənan Mehdiyev 8 ay 23 gün azadlıqdan məhrum edilmişdi, lakin daha sonra cəzası ev dustaqlığı ilə əvəzlənmişdi. Məsələnin hüquqi müstəvidə davam etdiyi bildirilir. Materiallardan istifadə zamanı istinad mütləqdir.