Ezonn Xəbər

Türkiyədə polis “Sözcü TV” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var

Türkiyədə polis “Sözcü TV” telekanalının binasında əməliyyat keçirib, saxlanılanlar var
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Türkiyənin İstanbul şəhərində polis, “Sözcü TV” telekanalının binasında səhər saatlarında əməliyyat keçirib. Eməliyyat zamanı telekanalın rəhbərliyinə qəyyum təyin edilib. Bu hadisə, kanalın və xəbər saytının idarəçiliyinin daha öncəki hüquqi mübahisələri ilə bağlı həyata keçirilib. Axtarışlar çərçivəsində “Sözcü” Media Qrupunun İdarə Heyətinin sədri Funda Tuncer Sıdalı və keçmiş baş direktoru Asım Akgül saxlanılıb. NTV telekanalının verdiyi məlumatlara görə, binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, həmin bölgəyə giriş-çıxış məhdudlaşdırılıb. Vəkil Ersan Barkın, telekanala və “sozcu.com.tr” xəbər saytına Türkiyənin Əmanətlərin Sığortalanması Fondunun (TMSF) tərəfindən qəyyum təyin edildiyini açıqlayıb. Qeyd olunub ki, bu qərar əvvəllər məhkəmə tərəfindən baxılan cinayət işi ilə əlaqədardır. Barkın, axtarışların İstanbul Baş Prokurorluğunun atdığı addımlar çərçivəsində həyata keçirildiyini və Ali Kassasiya Məhkəməsinin təqdim etdiyi qərarın, qanun pozuntusu aşkar etmədiyinə diqqət çəkib. Hazırda qəyyum təyin edilməsi yalnız “Sözcü TV” telekanalını və “sozcu.com.tr” saytını əhatə edir.