Azərbaycanda mikro bizneslərin rentabelliyi azalıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda mikro müəssisələrin rentabelliğinde ciddi azalma müşahidə olunur. 2025-ci ildə mikro müəssisələrin satışdan əldə etdiyi mənfəət illik 35,8% azalaraq 239,3 milyon manata düşüb. Bu azalma, mikro bizneslərin ümumi rentabellik göstəricisində 4,6 faiz bəndi enmə ilə nəticələnib.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, mikro sahibkarlıq subyektlərinin rentabellik dərəcəsi 2024-cü ildən 2025-ci ilə keçid edərkən 21,4%-dən 16,8%-ə geriləyib. Ən ciddi düşüş emal sənayesində baş verib; bu sahədəki mikro müəssisələrin rentabelliyi 22,8%-dən 3,1%-ə enib.
Bununla yanaşı, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda rentabellik 30,2%-dən 9,3%-ə, kənd təsərrüfatında isə 25,4%-dən 9,1%-ə geriləyib. Mədənçıxarma sənayesində rentabellik göstəricisi 20,4%-dən 1,8%-ə düşüb. İnformasiya və rabitə sektorunda mikro müəssisələrin rentabelliyi 66,5%-dən 47,9%-ə enərək nisbətən daha yüksək qalıb.
Tikinti sektorunda da narahatedici vəziyyət yaranıb; burada 2024-cü ildə mikro müəssisələr 14,1 milyon manat mənfəət əldə edərkən, 2025-ci ildə 23,1 milyon manat zərərlə üzləşib. Ümumilikdə, mikro, kiçik və orta müəssisələrin rentabellik səviyyəsi 23,4%-dən 11,7%-ə düşüb. Qeyd edək ki, mikro sahibkarlıq subyektləri işçilərinin sayı 10 nəfərədək və illik gəliri 200 min manatadək olan müəssisələrdir.