Ezonn Xəbər

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 11–12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı təşkil olunub. Bu, Azərbaycanda ilk dəfə keçirilən beynəlxalq yarışdır və onun baş sponsoru “PAŞA Həyat” şirkəti olub. Çempionat, Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə reallaşıb. Yarışda Avropanın 12 ölkəsindən 77 idmançı qitənin ən güclü cüdoçusu adını qazanmaq uğrunda mübarizə aparıblar. Bu tədbir, idman vasitəsilə inklüzivliyin təşviqini, bərabər imkanların yaradılmasını və eşitmə məhdudiyyətli şəxslərin idman sahəsindəki nailiyyətlərinin tanıdılmasını məqsəd qoyur. Açılış mərasimində dövlət və idman qurumlarının nümayəndələri, beynəlxalq idman təşkilatlarının təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər. Mərasimdə PAŞA Həyatın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova da yer alıb, qaliblərə medallar təqdim edib. Azərbaycan millisi çempionatda uğurlu nəticələr əldə edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Coşqun Əliyev 60 kq, Xalid Məmmədov isə 66 kq çəki dərəcələrində Avropa çempionu titulu əldə edib. Aydın Əzizov 81 kq çəki dərəcəsində gümüş, Eltun Məmmədov isə 73 kq çəki dərəcəsində bürünc medala sahib olub. PAŞA Həyat üçün bu çempionat yalnız idman tədbirinin dəstəklənməsi deyil, eyni zamanda cəmiyyətdə inklüzivlik, bərabər imkanlar və sosial məsuliyyət dəyərlərinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır. Şirkət, insanların həyatına dəyər qatmaq və sosial əhəmiyyətli təşəbbüsləri dəstəkləmək istiqamətində fəaliyyətini davam etdirir.