Ezonn Xəbər

180 min manatlıq dələduzluq ittihamı: Bir nəfərə bəraət, digərinə 6 il həbs

180 min manatlıq dələduzluq ittihamı: Bir nəfərə bəraət, digərinə 6 il həbs
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Bakı Ağır Cinayətlər Məhkəməsində 180 min manatlıq dələduzluq ittihamı ilə mühakimə edilən Mircəmil Məmmədov bəraət alıb, onun tanışı Şakir Əmirov isə 6 il həbs cəzasına məhkum edilib. Məhkəmə prosesi hakim İsmayıl Xəlilovun sədrlik etdiyi iclasda gerçəkləşib. Mircəmil Məmmədov yalnız zərərçəkmiş “Azhur Holding” MMC-yə məxsus 180 min manatın dələduzluq yolu ilə ələ keçirilməsi epizodu üzrə ittiham olunub. Bu işin digər epizodlarında onun adı çəkilməyib. İlk gündən ittihamları qəbul etmədiyini bildirən Məmmədov, cinayətlə əlaqəsinin olmadığını iddia edib. Məhkəmə prosesi ərzində M. Məmmədovun vəkili Ruzi Səmədov müvəkkilinin təqsirsiz olduğunu sübuta yetirmək üçün dəlil və sübutlarla çıxış edib. Nəticədə, hakimlər, prokurorun təqsirli hesab etdiyi Mircəmil Məmmədovun ittihamlarının əsaslı olmadığını bildirmişdir. Məhkəmə çıxardığı hökm ilə M. Məmmədova bəraət verib və hüququunun olduğunu, gələcəkdə təzminat tələb edə biləcəyini izah edib. Lakin, onunla birgə mühakimə olunan Şakir Əmirov, dələduzluqda təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, məhkəmə sədri İsmayıl Xəlilov bu işə nadir hallarda icraata cəlb olunur. Bu, onun araşdırdığı iki işdən biridir.