Ezonn Xəbər

Xaçmazda aqrar şirkət özünə rəhbər seçəcək

Xaçmazda aqrar şirkət özünə rəhbər seçəcək
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. “Günay Kənd Təsərrüfatı Məhsulları” Açıq Səhmdar Cəmiyyəti (ASC) dekabrın 20-də növbədənkənar ümumi yığıncaq keçirməyə hazırlaşır. Yığıncaqda əsas gündəm maddəsi İdarə Heyətinin sədrinin təyin edilməsi olacaq. Yığıncaq 2026-cı il dekabrın 20-də saat 10:00-da Xaçmaz rayonunun Çarxı kəndində keçiriləcək. Bu iclasda yalnız sədrin seçilməsi deyil, digər məsələlər də müzakirə olunacaq. Səhmdarlar yığıncağa qatılmadan öncə gündəliyə daxil olan materiallarla tanış olmaq üçün 055 357 95 90 nömrəsinə müraciət edə bilərlər. Bunun üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməsi tələb olunur. Qeyd edək ki, “Günay Kənd Təsərrüfatı Məhsulları” ASC 2004-cü ildən etibarən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir və bu müddət ərzində ölkədəki aqrar inkişafda rol oynayıb. Şirkətin nizamnamə kapitalı 615 min 872 manatdır.