Nvidia ətrafındakı qeyri-müəyyənlik fonunda dünya fond bazarları geriləyir

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə Nvidia ətrafında yaranan qeyri-müəyyənliklər dünya fond bazarlarının enişinə səbəb olub. Noyabrın 16-da, bazar ertəsi günü, Nvidia-nın səhmləri üçüncü rüb üzrə maliyyə hesabatının açıqlanması ərəfəsində 4,1% geriləyib. Məlumata görə, hesabat çərşənbə axşamı birja ticarətinin başa çatmasından sonra dərc ediləcək.
Nvidia-nın səhmlərindəki eniş, 12 noyabrda şirkətin baş direktoru Censen Huanq ilə bağlı ortaya çıxan vəziyyətlə də bağlıdır. Huanq, bir neçə nikahdankənar münasibəti və Çin casusluğunda şübhəli bilinən bir qadınla əlaqəsi səbəbiylə işdən ayrılıb. CNBC-yə görə, Direktorlar Şurası Huanqın geri qaytarılması imkanını müzakirə etmir.
Ümumilikdə, noyabrın əvvəlindən başlayaraq Nvidia-nın səhmləri təxminən 24% ucuzlaşıb ki, bu da 2022-ci ilin aprelindən bəri şirkətin ən pis aylıq göstəricisidir. ABŞ fond bazarının əsas indeksləri də müvafiq olaraq, ciddi itkilərlə geriləyib - Dow Jones indeksində 700 bənddən çox (1,4%), S&P 500-də isə 1,9% eniş qeydə alınıb.
Eyni zamanda, Asiya bazarlarında da enişlər müşahidə olunmaqdadır. Yaponiyanın Nikkei 225 indeksi 1,42%, Cənubi Koreyanın Kospi indeksi 2,05% və Honq Konqun Hang Seng indeksi 0,76% geriləyib. Nvidia-nın rəhbərliyi ilə bağlı yaranan qeyri-müəyyənlik Asiyanın digər texnologiya şirkətlərinin səhmlərinə də mənfi təsir göstərərək SoftBank Group-un səhmlərini 4,68%, SK Hynix-in səhmlərini 1,52%, Samsung Electronics-in səhmlərini isə 2,34% ucuzlaşdırıb.
Bundan əlavə, neft bazarlarında da qiymət düşüşü baş verib. Çərşənbə axşamı Brent markalı neftin qiyməti 0,93% azalaraq bir barel üçün 91,58 dollara geriləyib. Beynəlxalq Enerji Agentliyi, dördüncü rübdə dünya neft bazarında təklif artıqlığının gözlənildiyini bildirmişdir.