Ezonn Xəbər

“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib

“Azeronline”ın rəqəmsal tərəfdaşlığı ilə Ağdaşda Heyva Festivalı keçirilib
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 7-də Ağdaş şəhərində “Azeronline LTD” BM-in rəqəmsal tərəfdaşlığı ilə Heyva Festivalı baş tutub. Bu tədbirdə ümumilikdə 15 mindən çox ziyarətçi iştirak edib. “Azeronline” festival ərazisini fasiləsiz internet bağlantısı ilə təmin etməklə yanaşı, kənd təsərrüfatında müasir texnologiyaların tətbiqini də nümayiş etdirib. Festivalda “Dünyaya bizimlə bax!” adı ilə təşkil olunan interaktiv stend, ziyarətçilərin yeni məhsul və layihələrlə tanış olması üçün imkan yaradıb. Stenddə oyun zonaları, hədiyyəli yarışmalar və müxtəlif sürprizlər qonaqların diqqətini çəkib. İştirakçılara “Azeronline”ın Ağdaş rayonundakı xidmət imkanları barədə də məlumat verilib. Bildirilib ki, rayon ərazisinin 100%-i “Azeronline”ın yüksəksürətli fiber-optik internet şəbəkəsi ilə əhatə olunub. Bu, kənd yerlərində internet xidmətlərinin inkişafına mühüm bir dəstəkdir. İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) hesabatlarına əsasən, “Azeronline” son 11 ay ərzində 150 Mbit/s və daha yüksək sürət göstəricisi ilə provayderlər arasında ən yüksək kateqoriyada yer alıb. Qeyd edək ki, “Azeronline LTD” BM 2024-cü ildə tamamlanacaq “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatorlarından biridir. Bu layihə çərçivəsində, əhalinin və təşkilatların müasir internetə çıxışının təmin olunması məqsədilə, sabit genişzolaqlı internetə çıxış imkanı yaradılan təsərrüfatların sayı 13 dəfə artaraq təxminən 3 milyona çatmışdır.