“Qladiator”un rejissoru 88 yaşında ilk “Oscar”ını aldı - FOTOLAR

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Hollivudun tanınmış simalarından olan aktrisa Qlenn Klouz və rejissor Ridli Skott, ABŞ Kino Sənətləri və Elmləri Akademiyasının Los-Ancelesdə təşkil etdiyi 17-ci Fəxri Mükafatlar mərasimində ilk “Oscar” mükafatlarına layiq görülüblər. Bu mükafat, onların kino sənayesinə verdikləri əvəzsiz töhfələrdən dolayı təqdim edilib.
79 yaşlı Qlenn Klouz karyerası boyunca səkkiz dəfə “Oscar”a namizəd göstərilsə də, heç vaxt mükafatı qazana bilmişdi. Mükafatını alarkən salonda ayaq üstə alqışlarla qarşılanan Klouz, mükafatını qızına həsr etdi. Onun təqdimatını “Təhlükəli əlaqələr” filmindəki tərəf müqabili Con Malkoviç etdi və onu “əsl usta” adlandırdı.
İlk nominasiya şərəfini 1983-cü ildən əldə edən Klouz, qalib olmağı düşünmədiyini qeyd edərək, “Həmişə ən böyük şərəfın o salonda olmaqda olduğunu hiss etmişəm”, - deyə bildirdi.
88 yaşında olan britaniyalı rejissor Ridli Skott da, doqquz uğursuz nominasiyadan sonra bu mükafatı əldə etməyi bacarıb. Mərasimdə şəxsi iştirak edə bilməyən Skott, video müraciəti ilə təşəkkürünü ifadə etdi. Onun mükafatını 2015-ci il “Marslı” filmində birgə çalışdığı aktyor Mett Deymon təqdim etdi. Deymon, “Hamımızın onu əlində “Oscar” mükafatı ilə görməyimizin vaxtı çoxdan çatmışdı” sözlərini dedi.
Mərasimdə ayrıca, 1956-cı ildən “Walt Disney Animation Studios”da çalışan animator Floyd Norman da fəxri mükafatla təltif edilib. Norman, bu xüsusi gecəni “xoşbəxt sonluq” adı ilə qiymətləndirdi. Kino dünyasının şanlı simalarını bir araya gətirən bu tədbirdə Kristofer Nolan, Tom Holland, Şarliz Teron, Oliviya Uayld və Penelopa Kruz da iştirak ediblər.