Azərbaycanda turizmdəki KOB-ların mənfəəti 43% azalıb

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda turizm və ictimai iaşə sektoru üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinin mənfəəti 2025-ci ildə 43% azalıb. Hazırda bu sahənin satışdan mənfəəti 187,2 milyon manat təşkil edir. 2024-cü ildə isə bu göstərici 326,7 milyon manat olub.
KOB-ların turizm və ictimai iaşə sektorundakı ümumi satışdan mənfəətinin payı 50,6%-dən 59%-ə yüksəlib, lakin bunun səbəbi sektorda ümumi mənfəətin KOB-ların mənfəətindən daha sürətlə azalmasıdır. 2024-cü ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsində bütün müəssisələrin mənfəəti 646,2 milyon manatdan 317,1 milyon manata geriləyib ki, bu da 50,9%-lik azalma deməkdir.
Orta sahibkarlıq subyektləri arasında ən böyük azalma qeydə alınıb, onların satışdan mənfəəti 49,8% azalıb. Mikro müəssisələrin mənfəəti 35,3% azalaraq 5,5 milyon manat, kiçik müəssisələrin mənfəəti 4,9% azalarak 46,9 milyon manata enib.
KOB-ların turizm və ictimai iaşə sahəsində rentabellik səviyyəsi də eyni dövrdə 112,4%-dən 29%-ə düşüb. Bu, satışdan ümumi mənfəətin satışın maya dəyərinə nisbətini əks etdirir. Eyni zamanda, xarici turistlərin ölkəyə axını da azalaraq 2025-ci ildə 1 milyon 804,8 min nəfərə geriləyib, bu da 2,7% azalmadır.