UniDestin Təhsil Mərkəzindən ödənişsiz onlayn sınaq imtahanları
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
UniDestin Təhsil Mərkəzi, xarici dil biliklərini qiymətləndirmək və beynəlxalq imtahanlara hazırlaşmağı arzulayan istifadçilərə onlayn ödənişsiz və ödənişli sınaq imtahanları təklif edir. Bu xidmət vasitəsilə maraqlanan şəxslər, müxtəlif dil səviyyələrini yoxlaya bilərlər.
Rəqəmsal təhsil platformasında ingilis, alman və Çin dilləri üzrə imtahanlardan iştirak etmək mümkündür. Eyni zamanda, IELTS və HSK imtahanlarına hazırlıq üçün müxtəlif sınaq testləri də mövcuddur. İstifadəçilər şəxsi hesab yaradaraq seçdikləri imtahanları istifadə edə bilərlər.
Ödənişsiz və ödənişli imtahanların mövcud olduğu bu sistemin ən üstün cəhətlərindən biri, imtahan nəticələrinin dərhal təqdim edilməsidir. İştirakçılar, imtahanı tamamladıqdan sonra nəticələrini, düzgün və yanlış cavablarını, həmçinin sualların izahlarını görə biləcək, beləliklə biliklərindəki boşluqları müəyyən etmək şansı əldə edəcəklər.
UniDestin Təhsil Mərkəzinin məqsədi, müasir rəqəmsal təhsil vasitələrindən istifadə edərək öyrənmə prosesini daha əlçatan, çevik və effektiv etməkdir. Platforma, Azərbaycanda və dünya üzrə istifadəçilərin istədikləri məkandan təhsil resurslarına çıxışını təmin etməyə yönəlib.
Onlayn sınaq imtahanlarında iştirak etmək istəyən şəxslər unidestin.com saytına daxil olub qeydiyyatdan keçərək özlərinə uyğun imtahanı seçə bilərlər.