Ezonn Xəbər

Süni intellektlə “kopya” qalmaqalı: 160 sualdan cəmi birinə səhv cavab verən birincinin sirri

Süni intellektlə “kopya” qalmaqalı: 160 sualdan cəmi birinə səhv cavab verən birincinin sirri
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Cənubi Koreyada vergi məsləhətçiliyi imtahanında 160 sualdan yalnız birinə səhv cavab verərək birinci yeri tutan namizəd, Han Von Sok, əldə etdiyi yüksək nəticənin arxasında süni intellekt vasitəsilə "kopya" çəkməsinin olduğunu etiraf edib. Bu olay, imtahan prosesindəki təhlükəsizlik tədbirlərinin yenidən müzakirə edilməsinə səbəb oldu. 34 yaşlı Han, ilk mərhələdə 400 mümkün baldan 397,5 bal toplayıb. Bu nəticə, şübhələrə yol açsa da, əvvəlcə kopya çəkmə ittihamlarını inkar etmişdi. Lakin sonradan, vəkilinin internet səhifəsində yayımlanan açıqlamasında imtahan zamanı "kopya" istifadə etdiyini etiraf etdi. Han, sualların şəklini miniatür kamera vasitəsilə çəkərək süni intellektə göndərdiyini, daha sonra mobil telefonundan cavabları yoxladığını qeyd edib. Bu addımını ailəsini qürurlandıracaq bir peşəyə yiyələnmək istəyi ilə izah edib. Hadisə, qarşıdan gələn universitetə qəbul imtahanı üçün ciddi narahatlıq yaratmaqdadır. Cümə axşamı günü təxminən 550 min şagirdin imtahanda iştirak edəcəyi gözlənilir. Rəsmilər, təhlükəsizlik tədbirlərini gücləndirərək, namizədlərin eynəklərini yoxlayacaqlar. Kameralı ağıllı eynəklərin imtahan zallarına gətirilməsinə icazə verilməyəcək. Ötən ay, iki universitetin qəbul imtahanında da eynək istifadə etməklə "kopya" çəkməyə cəhd edilib. Son bir il ərzində orta və yuxarı sinif şagirdləri arasında bu cür kopya halları artmaqdadır. Tayvanda da oxşar bir hadisə baş vermiş, namizədin eynəyinin çərçivəsinin qızdığını hiss edən nəzarətçilər kopya cəhdini aşkar etmişdilər. Çin isə, universitetə qəbul imtahanı zamanı bütün eynəklərin yoxlanılması ilə bağlı tədbirlər görməyə başlamışdır.