Rusiya FSB: Adıgey, Krasnodar və Xəzər dənizində terror aktlarının qarşısı alınıb, 4 nəfər tutulub, 2 nəfər öldürülüb

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Adıgey Respublikası, Krasnodar diyarı və Xəzər dənizində hərbi və mülki obyektlərə qarşı planlaşdırılan terror aktlarının qarşısını aldığını açıqlayıb. FSB-nin məlumatına görə, bu əməliyyatlar zamanı dörd nəfər tutulub, müqavimət göstərən iki nəfər isə həyatını itirib.
FSB-nin açıqlamasına görə, planlaşdırılan hücumların icrası üçün azı 40 zərbə pilotsuz uçuş aparatı və 700 kiloqramdan çox partlayıcı maddə istifadə edilməsi nəzərdə tutulub. Terror aktlarının noyabr ayında həyata keçirilməsi planlaşdırıldığı bildirilir.
Eyni zamanda, Rusiya xüsusi xidmət orqanları, hücumların təşkilatçıları ilə bağlı illər əvvəlindən onların fəaliyyətlərini izlədiklərini qeyd edib. Xüsusilə, Ukrayna xüsusi xidmət orqanlarının bu əməliyyatlar üçün lazım olan avadanlıqları təmin etdikləri iddia olunmaqdadır.
Qurumun məlumatına görə, hədəflər arasında Xəzər dənizindəki hərbi gəmilər və mülki üzən vasitələr de var. Agentlərin planlarına görə, su motosikletləri partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz katerlərə çevriləcək, bu da hücumların effektivliyini artıracaq. Həmçinin, onlara altı kvadrosikl verildiyi bildirilib.