Ezonn Xəbər

Noyabr ayının pensiyaları ödənildi

Noyabr ayının pensiyaları ödənildi
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilməyə başlanılıb. Bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu yayıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında da pensiya ödənişləri həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu noyabrın 6-da bu ayın pensiya ödənişini başa çatdırıb. Nazirlikdən verilən məlumata görə, respublikamızın digər bölgələri üzrə və güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin noyabr ayı üzrə pensiyalarının ödənişi qrafikə uyğun olaraq davam edəcək.