ABB Bank AZAL Miles Business kartlarını təqdim edir

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
BAKU, Azərbaycan, 17 noyabr. ABB Bank, müştərilərinin həyatını asanlaşdırmaq məqsədini güdərək, AZAL Miles Business kartlarını təqdim edib. Bu kartlar hüquqi şəxslər, fərdi sahibkarlar və onların işçiləri üçün nəzərdə tutulub, biznes xərclərinin idarə edilməsini asanlaşdırır.
Kарт vasitəsilə iş xərcləri ödənildikdə müştərilər AZAL uçuş milləri qazanır. Kartın tipindən asılı olaraq, qazanılan millər ya şirkət, ya da işçi adına AZAL Miles hesabına köçürülür. Bu millər uçuş biletləri, kabin sinifinin yüksəldilməsi, status xallarına çevrilmə və ya AZAL Miles proqramının digər faydalarına istifadə edilə bilər.
Bu kartların təqdim etdiyi üstünlüklər sayəsində şirkətlər gündəlik iş və səyahət xərclərini optimallaşdıra, işçilər isə səyahət zamanı daha rahat və komfortlu şərait əldə edə bilərlər. ABB AZAL Miles Business kartları beş il müddətinə dövriyyəyə buraxılır.
Kart sahibləri 9,000-ə qədər xoş gəldin milləri, sürət yolu xidmətləri, hava limanı transferləri, hava limanı salonlarına giriş və digər səyahət imtiyazlarından yararlana bilərlər. Bu xidmətlər müəyyən illik limitlər daxilində pulsuz təqdim edilir, bu da işgüzar səyahətləri daha rahat edir.
ABB Bank-ın müasir məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına, rəsmi veb saytına (https://abb-bank.az/) və ya Məlumat Mərkəzinə (937) müraciət edə bilərlər.