Ezonn Xəbər

Rusiya əleyhinə 22-ci sanksiya paketi təsdiqlənəcək

Rusiya əleyhinə 22-ci sanksiya paketi təsdiqlənəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Avropa İttifaqı, Rusiyaya qarşı bank sektorunu, kriptovalyuta aktivlərini və "kölgə donanması" adlandırılan gəmiləri hədəf alan yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bunu “Cebheinfo.az” Politico-ya istinadən xəbər verir. Sanksiya paketinin dekabr ayında yekunlaşdırılması gözlənilir. Brüsseldə "kölgə donanması" termini, Rusiya neftinə tətbiq olunan "qiymət tavanı" cəhdlərini qulaqardına vuraraq, qanuni olaraq Rusiya neftini müxtəlif ölkələrin bayraqları altında daşıyan tankerləri ifadə edir. Nəşr, yeni Aİ paketinin müvafiq məhdudiyyətləri əhatə edəcəyini bildirir. Xüsusilə, yeni sanksiyalar çərçivəsində Rusiya gəmilərinə dəniz xidmətlərinin qadağan edilməsi nəzərdə tutulur. Ancaq Yunanıstan, Malta və Kipr tərəfindən göstərilən inadkar müqavimət səbəbindən bu qərarın təsdiq olunmayacağı bildirilir. Həmçinin, İrlandiyanın mövqeyinə görə, alüminium oksidi yeni sanksiyalar siyahısına daxil edilməyəcək. Qeyd edək ki, alüminium oksidinin ticarətində heç bir məhdudiyyət olmasa da, Rusiyaya yerli alüminiumun mühüm miqdarda göndərilməsinə dair mübahisəli məsələlər İrlandiyada siyasi qalmaqallar yaradıb. Bu səbəbdən, Dublinin mövqeyi sanksiya paketinin formalaşmasına təsir edir.