Bu ilin 9 ayında yol qəzalarında 500 nəfər həlak olub

Ezonn TV «Xəzər Xəbər» mənbəsinə istinadən xəbər verir.
Bu ilin yanvar-sentyabr aylarında ölkədə baş verən yol-nəqliyyat hadisələrində 500 nəfər həlak olub. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ümumilikdə, 2026-cı ilin ilk 9 ayında 838 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz azalma deməkdir.
Məlumatda bildirilir ki, hadisələr nəticəsində zərər çəkənlərin sayı da 9,8 faiz azalaraq 1140 nəfərə düşüb. Onlardan 640 nəfər yaralanıb. Yol qəzalarının 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş verib. Həmçinin, qeyd olunur ki, yol-nəqliyyat hadisələrinin 34,0 faizi həftə sonlarına təsadüf edir.
Bütün yol qəzalarının 82,9 faizi yaşayış məntəqələrində baş verib. Şəhər və kəndlərdə baş verən hadisələr nəticəsində həlak olanların sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azalmışdır. Bu dövrdə 345 nəfərin həlak olması, yaralananların sayının 16,5 faiz azalaraq 591 nəfər olması diqqət çəkir.
Hadisələrin tərkibinə baxdıqda, 42,2 faizi nəqliyyat vasitələrinin və piyadaların, 37,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 20,7 faizi isə bir tək nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Həlak olanların 76,8 faizini kişilər, yaralananların isə 72,2 faizini kişilər təşkil edir.