Ezonn Xəbər

Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi

Ehtiram Fərzəlibəyov şirkətinin rəhbərliyindən getdi
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. Tibbi avadanlıq və ləvazimatların təchizatı sahəsində fəaliyyət göstərən "Araş" firmasının rəhbərliyində dəyişiklik baş verib. Şirkətin direktoru Ehtiram Fərzəlibəyov vəzifəsindən ayrılıb. Onun yerinə Əli Abdullayevin təyin edilməsi isə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirilir. "Araş" firması 2004-cü ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 100 manatdır. Şirkət, xüsusilə dövlət qurumlarının iri satınalmalarında mütəmadi olaraq qalib gəlir. Son illərdə Daxili İşlər Nazirliyinin Tibb İdarəsi, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə imzalanan milyonluq müqavilələr firmanın bazardakı mövqeyini daha da gücləndirib. Ehtiram Fərzəlibəyov həm də ölkədə tanınmış kulinar, food və travel blogerdir. O, müxtəlif ölkələrin mətbəxi, restoranları və səyahətləri ilə bağlı sosial şəbəkələrdə mütəmadi paylaşım edir. Eyni zamanda, kulinariya mövzusunda yazdığı kitablar ilə tanınır və beynəlxalq mediada Azərbaycan mətbəxinin təbliği ilə bağlı bir çox materiallarda yer alıb. Bu rəhbərlik dəyişikliyi, "Araş" firmasının gələcək strateji hədəflərinə necə təsir edəcək, bu isə zamanla daha aydın olacaq. Yeni direktorun rəhbərliyində şirkətin irəliləməsi və bazar mövqeyini daha da gücləndirməsi gözlənilir.