Naxçıvanda deputatın düşdüyü qəza ilə bağlı cinayət işi başlanıldı

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 14-də Naxçıvan-Ordubad magistral yolu üzərində, Aşağı Əylis kəndi yaxınlığında baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisə nəticəsində bir nəfərin vəfat etdiyi, iki nəfərin isə xəsarət aldığı bildirilir.
Yol-nəqliyyat hadisəsi "Hunday" markalı avtomobilin aşması ilə baş verib. Hadisədə həyatını itirən şəxs qazi kapitan 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyevdır. Xəsarət alan şəxslər, 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və 1990-cı il təvəllüdlü Təbriz Eyvaz oğlu Zeynalov, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib və onların vəziyyəti barədə məlumat verilmir.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) üzrə cinayət işi başlanılıb. Həmin maddəyə uyğun olaraq, cinayət işinin araşdırılması davam edir.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Eyni zamanda, qəzaya düşən hər üç şəxsin qazi olması diqqət çəkir.