Deputatın xəsarət aldığı qəza ilə bağlı cinayət işi açılıb

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 14-də Naxçıvan–Ordubad magistral yolunda baş vermiş yol qəzası ilə bağlı cinayət işinin açıldığı bildirilib. Hadisə nəticəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Təbriz Zeynalov xəsarət alıb.
Modern.az xəbər verir ki, cinayət işi Cinayət Məcəlləsinin 263.2-ci maddəsi çərçivəsində araşdırılır. Bu maddə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmanın ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması ilə bağlıdır.
Qəza anında “Hyundai” markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Vidadi oğlu Hüseynəliyev həyatını itirib. Qəzada iştirak edən digər iki şəxs, 1994-cü il təvəllüdlü Əmrah İmamverdi oğlu Məmmədov və deputat Təbriz Zeynalov, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəzaya düşən hər üç şəxs qazidir. Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam edir.