Böyük Britaniya Cənubi Qafqazda sülhü Mərkəzi Dəhlizin inkişafı üçün vacib sayır

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
Bakı, 17 noyabr. Cənubi Qafqazda sülh prosesinin tamamlanması, Mərkəzi Dəhlizin iqtisadi potensialının həyata keçirilməsinin əsas şərtlərindən biri olacaq. Bu sözləri Böyük Britaniyanın Azərbaycandakı səfiri Duncan Norman Bakıda keçirilən mətbuat konfransında qeyd edib.
Norman, Böyük Britaniyanın bölgədə iqtisadi inkişafı dəstəkləməyə hazır olduğunu söyləyərək, Mərkəzi Dəhliz boyunca effektiv bir marşrutun yaradılmasının zaman alacağını bildirib. O, "Bu asan deyil və sürətli həll yolları yoxdur. Mərkəzi Dəhliz boyunca effektiv bir marşrutun yaradılması uzun müddət alacaq, lakin artıq başlanılıb. Sülh prosesi bunun mühüm bir hissəsidir" - deyə bildirib.
Səfir, Böyük Britaniyanın bölgədə daha geniş maraqları olduğunu, ancaq dərhal diqqətin gələn aylarda atılacaq praktik addımlara yönəldilməsinin vacib olduğunu vurğulayıb. "Gələn aylarda edə biləcəyimiz şeylərlə başlayaq. Sülh prosesini tamamlayaraq, daha sonra sülhün gətirəcəyi iqtisadi və digər faydaları görməyə başlayaq" - deyə Norman əlavə edib.