Ezonn Xəbər

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib

Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının iclasında iştirak edib
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 14-15-də Argentina Respublikasının Buenos-Ayres şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 62-ci iclasında iştirak edib. İclasda müxtəlif ölkələrin prokurorluq orqanlarının rəhbər şəxsləri və Assosiasiyanın nümayəndələri bir araya gələrək, təşkilatın fəaliyyətini, rəhbər orqanlarının formalaşdırılmasını və dünya prokurorları arasında beynəlxalq əməkdaşlığın inkişaf yönümlərini müzakirə ediblər. BPA-nın prezidenti Xuan Bautista Mahikesin Argentinanın ədliyyə naziri təyin olunmasına görə iclas çərçivəsində müvəqqəti prezidentlik vəzifəsi Məhəmməd Həsənə həvalə edilib. İclasda həmçinin, təşkilatın İcraiyyə Komitəsinin tərkibi, rəhbər vəzifələrdə dəyişikliklər, Nizamnamə və daxili prosedurların təkmilləşdirilməsi, maliyyə problemləri və beynəlxalq tədbirlərin təşkilatı məsələlər müzakirə olunub. Avstriya və Şotlandiyanın prokurorluq sistemlərində çalışmış İnqrid Maşl-Klauzen baş katib, Endryu Riçardson isə baş müşavir vəzifəsinə namizəd olaraq irəli sürülüb. Qeyd edək ki, bu namizədlər noyabrın 16-da keçirilən Ümumi Yığıncaqda təsdiqləniblər. Yığıncaqda çıxış edən BPA-nın baş müşaviri Tarika Cayaratne, 2026-cı ildə Azərbaycana planlaşdırılan səfərdə keçiriləcək “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusundakı təlimi yüksək qiymətləndirib. Baş prokuror Kamran Əliyev tədbirdə Azərbaycanın Assosiasiyadakı fəal iştirakını vurğulayaraq, ölkəmizin beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsi istiqamətində mütərəqqi islahatlar həyata keçirdiyini qeyd edib. 2024-cü ildən Bakıda BPA-nın 29-cu illik konfransının yüksək səviyyədə keçirilməsi planlaşdırılır, bu da Azərbaycanın dünya prokurorları ilə əməkdaşlığının göstəricisi hesab edilir.