Ezonn Xəbər

“AFB Bank” yeni müddətli əmanət faizlərini açıqladı

“AFB Bank” yeni müddətli əmanət faizlərini açıqladı
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. “AFB Bank” 2026-cı ildən başlayaraq, müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini azaldıb. Bu barədə Banker.az xəbər verir. Yeni faiz dərəcələrinə görə, 6 və 9 aylıq əmanətlərin faizləri 9%-dən 8%-ə, 12 aylıq əmanətlərin faizi isə 10,5%-dən 10%-ə endirilib. Beləliklə, 3, 6 və 9 aylıq manat əmanətlərinin hamısına illik 8% tətbiq olunur. Bununla yanaşı, manat əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsi isə 10,5% olaraq qalır. Bu dərəcə, əvvəlki illərdə 12 aydan başlayan əmanətlərə tətbiq edilirdisə, artıq 2026-cı il cədvəlində 18, 24 və 36 aylıq əmanətlərə də şamil olunur. Xarici valyuta, yəni dollar əmanətləri üzrə faiz dərəcələri isə bütün müddətlərdə eyni şəkildə qalıb. Bu əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsi 5% olmaqla 12 və 18 aylıq müddətlərə tətbiq edilir. Bankın yeni faiz dərəcələrinin müştərilər tərəfindən necə qarşılanacağı maraqla gözlənilir.