Ezonn Xəbər

Gələn ildən Azərbaycanda vergi dərəcələri artırılır

Gələn ildən Azərbaycanda vergi dərəcələri artırılır
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Gələn il yanvarın 1-dən etibarən Azərbaycanda fiziki şəxslərin aylıq gəlirlərinə tətbiq olunan gəlir vergisinin dərəcələri artırılacaq. Bu dəyişikliklər Vergi Məcəlləsinə edilən yeni tənzimləmələrlə müəyyən olunmuşdur. Dəyişikliklərə əsasən, 2027-ci ilin yanvarın 1-dən 2028-ci il yanvarın 1-nə qədər olan dövrdə 2500 manatadək olan aylıq gəlirdən 5 faiz, 2500 manatdan 8000 manatadək olan gəlirdən 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, aylıq gəliri 8000 manatdan çox olan şəxslərdən isə 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi tutulacaq. 2028-ci il yanvarın 1-dən sonra isə vergi dərəcələri daha da artacaq. Belə ki, 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olan gəlirdən isə 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi alınacaq. Hazırda hökm sürən qanunvericiliyə görə, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olanlardan isə 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi tutulur. 8000 manatdan çox olan gəlirlərdən isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi vergi olaraq alınır. Xatırladaq ki, Azərbaycanda 2019-cu ildən qüvvəyə minmiş qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulan gəlir vergisi güzəştlərinin müddəti artırılmayıb. Bu dəyişikliklər əhali arasında müzakirələrə səbəb olmuşdur.