Ezonn Xəbər

Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?

Gələn ildən nə qədər gəlir vergisi ödəyəcəyik?
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. Gələn il yanvarın 1-dən başlanaraq, fiziki şəxslərin aylıq gəlirlərindən tutulacaq gəlir vergisinin dərəcələri artırılacaq. Vergi Məcəlləsinə edilən dəyişikliklər 2027-ci ilin yanvarın 1-dən 2028-ci ilin yanvarın 1-dək tətbiq ediləcək. Yeni vergi dərəcələrinə görə, 2027-ci ildən qüvvəyə minəcək qaydalara əsasən, 2500 manatadək aylıq gəlirə 5 faiz, 2500 manatdan 8000 manatadək aylıq gəlirə isə 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi tətbiq olunacaq. Aylıq gəlir 8000 manatdan çox olarsa, bu halda 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi gəlir vergisinə daxil ediləcək. 2028-ci ildən etibarən isə vergi dərəcələri bir az daha artacaq. Belə ki, 2500 manatadək aylıq gəlir üçün 7 faiz, 2500 manatdan 8000 manatadək olan gəlirə 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və aylıq gəlir 8000 manatdan çox olduqda 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi nəzərdə tutulur. Hal-hazırda qüvvədə olan qanunvericiliyə görə, 2500 manatadək aylıq gəlirə 3 faiz, 2500 manatdan 8000 manatadək olan aylıq gəlirdən 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olan aylıq gəlirə isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi tətbiq edilir. Qeyd edək ki, Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan şəxslər üçün gəlir vergisi ilə bağlı olan güzəştlərin müddəti artırılmayıb.