Ezonn Xəbər

“Tesla” Almaniyada sürücüsüz taksi istehsal edəcək

“Tesla” Almaniyada sürücüsüz taksi istehsal edəcək
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. “Tesla” şirkəti, Almaniyanın Qrünhayde şəhərində “Cybercab” adlı sürücüsüz taksilərin istehsalı üçün 3 milyard avro investisiya ayırmağı planlaşdırır. Şirkət bu layihə ilə bağlı yeni tikinti işlərinə 2027-ci ilin birinci yarısında başlayacaq. İstehsal prosesinin isə 2029-cu ildən etibarən başlandığı gözlənilir. Bildirilir ki, yeni müəssisənin istehsal gücü il ərzində 1 milyon sürücüsüz avtomobil istehsal etməyə imkan tanıyacaq. Bu, “Tesla”nın avtomobil istehsalı sahəsindəki genişlənmə strategiyasının bir hissəsi olaraq qiymətləndirilir. Almaniyanın texnoloji bazası, elektrikli və sürücüsüz avtomobillər üçün nəzərdə tutulan mükəmməl zəmin sayılır. “Tesla”nın bu investisiyaları, Avropa bazarında daha sərfəli müstəqil mobilitet imkanları yaratmağı hədəflədiyini göstərir. Məlumatda vurğulanır ki, “Tesla”nın bu yeni təşəbbüsü, avtomobil istehsalında müasir innovasiyaların tətbiqini və sürücüsüz taksi sisteminin genişlənməsini sürətləndirəcəkdir. Bununla yanaşı, “Cybercab” layhəsi, müasir şəhər infrastrukturuna uyğunlaşmağı da məqsəd qoyur.