Ezonn Xəbər

Gələn ildən gəlir vergisi bu qədər olacaq

Gələn ildən gəlir vergisi bu qədər olacaq
Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir. 2024-cü ilin yanvarın 1-dən fiziki şəxslərin aylıq gəlirlərindən tutulacaq gəlir vergisinin dərəcələri dəyişəcək. Yeni dəyişikliklər Vergi Məcəlləsinə edilən əlavələrə əsaslanır və 2027-ci ildən 2028-ci il yanvarın 1-dək tətbiq ediləcək. Dəyişikliklərə əsasən, 2027-ci ilin yanvarın 1-dən 2500 manatadək aylıq gəlir üçün 5 faiz, 2500 manatdan 8000 manatadək gəlir üçün 125 manat + yuxarıda göstərilən məbləğin 10 faizi, aylıq 8000 manatdan çox olan gəlir üçün isə 675 manat + yuxarı məbləğin 14 faizi tutulacaq. 2028-ci ildən etibarən bu dərəcələr daha da artırılacaq. Həmin tarixdən başlayaraq 2500 manatadək aylıq gəlirdən 7 faiz, 2500 manatdan 8000 manatadək olan gəlirdən 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olan gəlir üçün isə 725 manat + yuxarı gelen məbləğin 14 faizi tutulacaq. Hazırda qüvvədə olan vergi qanunvericiliyinə əsasən, 2500 manatadək aylıq gəlirdən 3 faiz, 2500 manatdan 8000 manatadək olan gəlirdən 75 manat + yuxarıda qeyd olunan məbləğin 10 faizi və aylıq 8000 manatdan çox olan məbləğ üçün 625 manat + 8000 manatdan yüksək olan məbləğin 14 faizi tutulur. Qeyd edək ki, 2019-cu ildən bəri Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi güzəştlərinin müddəti artırılmayıb.