Ezonn Xəbər

Yol qəzaları: 9 ayda 500 nəfər ölüb

Yol qəzaları: 9 ayda 500 nəfər ölüb
Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin yanvar-sentyabr aylarında yol-nəqliyyat hadisələrinin sayı 838-ə enib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz azalma deməkdir. Hadisələr nəticəsində 500 nəfər həlak olmuş, 640 nəfər isə yaralanmışdır. Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumatlara görə, yol qəzaları nəticəsində zərər çəkənlərin sayı 1140 nəfərə düşərək 9,8 faiz azalmışdır. Hadisələrin 41,8 faizi gecə, 40,4 faizi gündüz, 17,8 faizi isə toran vaxtı baş vermişdir. Həftənin şənbə və bazar günlərinə təsadüf edən qəzaların sayının 34,0 faiz təşkil etdiyi bildirilib. Yol-nəqliyyat hadisələrinin 82,9 faizi yaşayış məntəqələrində baş verir. Bu dövrdə həlak olanların sayı 345 nəfər olub ki, bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 2,3 faiz azalıb. Yaralananların sayı isə 591 nəfərə enib və bu da 16,5 faiz azalma deməkdir. Kişilər yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,8 faizini, yaralananların isə 72,2 faizini təşkil edir. Hadisələrin təhlili göstərir ki, 42,2 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 37,1 faizi bir neçə nəqliyyat vasitəsi, 20,7 faizi isə yalnız bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verir.