Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiya qiymətləndirilməsindən keçmə məsələsi mediasahəsində geniş müzakirə edilir. Yayılmış məlumatlara görə, Akademiya qiymətləndirmədən mənfi nəticə alıb.
Elm və Təhsil Nazirliyinin açıqlamasında bildirilib ki, 2025-2026-cı tədris ili üçün keçirilən akkreditasiya qiymətləndirmələri çərçivəsində Dövlət İdarəçilik Akademiyasının adı yer alır. Lakin Akademiyanın nəticələrinin rəsmi açıqlanmadığı vurğulanıb.
Nazirlik tərəfindən verilən məlumata əsasən, ali təhsil müəssisələrinin akkreditasiyası qrafik üzrə həyata keçirilir və nəticələr Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar qəbul edilir. “Bu səbəbdən yayılan məlumatların rəsmi qərar kimi təqdim edilməsi düzgün deyil”, - deyə Nazirlik əlavə edib.
Nazirlik ictimaiyyətə yalnız səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edir. Aydınlıq gətirilən məsələlərə görə, Akademiyanın akkreditasiyası ilə bağlı son qərar ictimaiyyətə Nazirlik tərəfindən yayımlanacaq.