Yol polisi səhhəti pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO

Ezonn TV «News24.az» mənbəsinə istinadən xəbər verir.
Bakı-Qazax avtomagistralında yerləşən stasionar postda xidmət aparan YPX Alayının əməkdaşları, posta yaxınlaşan yük avtomobilinin ziqzaqvarı hərəkətini müşahidə edərək avtomobili nəzarətə götürüblər. Avtomobilin sürücüsü, əcnəbi vətəndaş, ilk ifadəsində səhhətinin kəskin pisləşdiyini, bu səbəbdən sükan arxasında yıxıldığını bildirərək, avtomobili idarə etmək iqtidarında olmadığını açıqlayıb.
Polis əməkdaşları dərhal sürücüyə ilkin tibbi yardım göstərib və əraziyə təcili tibbi yardım briqadasını çağırıblar. Səhhəti normallaşan sürücü, düşdüyü çətin vəziyyətdə köməyinə çatan polis əməkdaşlarına səmimi təşəkkür edib.
Baş Dövlət Yol Polisi İdarəsi, polis əməkdaşlarının şəfqətli davranışlarının onların başlıca vəzifə borcu olduğunu vurğulayıb. Eyni zamanda, son dövrlərdə oxşar vəziyyətlərin artdığını nəzərə alaraq, ciddi xəstəlikləri olan sürücülərə səhhətlərini nəzərə alaraq sükan arxasına əyləşməmələri tövsiyə edilib. Bu, həm onların, həm də digər iştirakçıların təhlükəsizliyi üçün mühimdir.