Bakıda damda yatan TƏHLÜKƏ - Külək bizə hansı "sürpriz"i hazırlayıb?
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Bakıda müşahidə olunan güclü külək ciddi fəsadlara səbəb olub. Bu hadisələr arasında yaşayış binalarının damlarında yerləşən su çənlərinin küləyin təsiri ilə yerindən qoparaq həyətlərə düşməsi xüsusilə diqqət çəkib. Nəticədə bu cür mümkün olan risklər həm ərazi sakinləri üçün, həm də avtomobillər üçün təhlükə yaradıb.
İlkin iddialara görə, bəzi binaların damında quraşdırılan su çənləri düzgün bərkidilmədiyi üçün güclü külək zamanı asanlıqla yerindən tərpənərək aşağı düşür. Sakinlər tərəfindən bildirilib ki, bir neçə il əvvəl mətbuatda yayılan məlumatlarda yaşayış binalarının damlarından su çənlərinin yığışdırılacağı qeyd olunmuşdu. Bəzi binalarda bu çənlər sökülmüş, lakin digərlərində hələ də su xəttindən ayrılaraq damda qaldığı məlumdur.
Bu vəziyyət xüsusilə xəstə olan insanlar və uşaqlara təhlükə yaradır. Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə sorğu ünvanlanmışdır, lakin qurumun mətbuat xidmətinin verdiyi məlumata görə, keçmişdə çənlərin yığışdırılması ilə bağlı qərar qəbul edilməmişdir. Daha sonra Yasamal Rayon İcra Hakimiyyətinə edilən sorğuda isə bildirilmişdir ki, fasiləsiz su təchizatı olan binaların su çənlərinin sökülməsi Su-kanal idarəsinin əməkdaşları vasitəsilə həyata keçirilir.
Eyni zamanda, icra hakimiyyətindən vurğulanıb ki, bəzi binalarda çənlər tamamilə götürülməyib və bu, xüsusi təhlükə yaradır. Nümunə olaraq Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, bina 2-nin sakinləri göstərilərək, həmin binaların fasiləsiz su ilə təmin edildiyi, ancaq çənlərin sökülməsi üçün Su-kanal idarəsinə müraciət edilməsi tövsiyə olunub.