İran Trampın komandasında hücum planlaşdırır

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
İranın Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı kimyəvi silah və "çirkli bomba" adlandırılan vasitələrlə hücum planlaşdırdığı bildirilir. Bu məlumat CNN-in ABŞ kəşfiyyatına istinadən yayımlanıb.
Məlumatda, planlaşdırılan hücumun konkret məkanları və potensial hədəfləri olduğu vurğulanıb. ABŞ hakimiyyəti mövcud təhdidlərə qarşı cavab tədbirlərinin görüləcəyini artıq müzakirə edir. Kəşfiyyat orqanlarının ələ keçirdiyi məlumatlara görə, Tehran ABŞ ərazisində partlayıcı qurğular hazırlamaq üçün materiallar gizlətdiyi iddia olunur.
Lakin rəsmi şəxslər, gözlənilən hücumun planlaşdırıldığına dair heç bir sübut olmadığını açıqlayıblar. Həmçinin, İranın belə bir əməliyyatı həyata keçirmək üçün kifayət qədər icraçı qüvvəyə malik olub-olmaması sual altındadır. Ağ Evin nümayəndələri, ABŞ ərazisində təhlükəsizliyə dair etibarlı təhdidlərin olmadığına dair məlumat veriblər.
Xatırladaq ki, daha əvvəl İsrail mediası MOSSAD-ın ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının yüksək vəzifəli üzvlərinə qarşı İran tərəfindən sui-qəsd planları barədə Mərkəzi Kəşfiyyat İdarəsinə məlumat verdiyini bildirmişdi.