Ukrayna Rusiyaya dron “sürüsü” göndərdi - Başqırdıstan vuruldu

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Noyabrın 17-də gecə saatlarında Ukrayna Silahlı Qüvvələri, Başqırdıstanın Ufa və Salavat şəhərlərinə qarşı genişmiqyaslı dron hücumu təşkil edib. Bu barədə Başqırdıstan Respublikası Fövqəladə Hallar Komitəsi məlumat yayıb.
Hücum zamanı Rusiya Müdafiə Nazirliyinin qüvvələri və müəssisənin təhlükəsizlik işçiləri, yerli yanğınsöndürmə qrupları ilə birlikdə, 50-dən çox dronu zərərsizləşdirib. Yerli sakinlər səhər saatlarında Salavat sənaye zonasında baş verən partlayışları və yanğının parıltısını 17 kilometr məsafədəki Sterlitamaka şəhərindən görüb.
İlkin görüntülər, Rusiyanın ən böyük neft-kimya komplekslərindən biri olan “Qazprom Neftexim Salavat”a zərbə vurulduğunu göstərir. 1948-ci ildən fəaliyyət göstərən bu müəssisə, neft emalı və qaz kimyası sahəsində müxtəlif istehsal həyata keçirir. Kompleks həmçinin orduya yanacaq tədarük edir.
Daha əvvəl, oktyabrın 8-də kompleksə Ukrayna dronları tərəfindən hücum olmuş, nəticədə yanğın baş vermişdi. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri dünən gecə Kurskdakı Sadovaya elektrik yarımstansiyasına da hücum edib, lakin bu hücumun nəticələri barədə rəsmi məlumat əldə edilməyib.
Rusiya Müdafiə Nazirliyinin məlumatlarına görə, Ukraynanın dronları, ilhaq edilmiş Krım yarımadası da daxil olmaqla, 21 bölgədə bir gecədə 1441 dronun zərərsizləşdirilməsi baş vermişdir. Moskva meri Sergey Sobyanin bildirib ki, 16 noyabr axşamından 17 noyabr səhərinə qədər Moskva üzərində 800-dən çox dron uçub.