Ezonn Xəbər

“The Economist” 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?

“The Economist” 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Britaniyanın nüfuzlu “The Economist” nəşri 2027-ci ildə dünya iqtisadiyyatını, siyasi münasibətləri və texnologiya sektorunu müəyyən edəcək əsas tendensiyaları təhlil edən illik proqnozunu təqdim edib. Nəşrin açıqlamasına görə, maliyyə bazarlarında mümkün sarsıntılar, geosiyasi münaqişələr və ekstremal hava hadisələri gözlənilir. “The World Ahead 2027” adlı xüsusi buraxılışda, inkişaf etmiş ölkələrin dövlət borclarının artması və istiqraz bazarlarında artan təzyiq 2027-ci ildə iqtisadi risklərin başında gəlir. Yüksək büdcə xərcləri və borclanmanın bahalaşması, bəzi ölkələrdə maliyyə sabitliyini zədələyə bilər. Bu faktorlar, iqtisadiyyatın dayanıqlığını azalda biləcək ciddi risklər sırasındadır. Süni intellekt sektoru da proqnozda diqqət çəkən əsas risk mənbələrindən biridir. Texnologiya şirkətlərinin mürəkkəb maliyyələşmə sistemləri və artan borcları, bazarda çöküş ehtimalını artırır. Bu, texnologiya sahəsindəki investorlar üçün ciddi narahatlıqlar doğurur. Həmçinin, Avropada keçiriləcək prezident seçkiləri, Fransadakı siyasi qeyri-müəyyənliklərə səbəb ola bilər. Nəşrdə Marin Le Penin mümkün qələbəsinin Avropa İttifaqında maliyyə stabilliyinə təsiri vurğulanır. Asiyada isə Tayvan ətrafında baş verən hərbi gərginlik, regionda böhran risklərini artırmağa davam edir. Nəşr, İran müharibəsinin enerji bazarlarına təsirinin davam edəcəyini, hətta El-Ninyo hadisələrinin quraqlıq, istilik dalğaları və meşə yanğınları risklərini artıracağını proqnozlaşdırır. Bu illər ərzində arıqlama preparatlarının istehlak bazarına təsiri, kosmik uçuşların ucuzlaşması və Hollivudun biznes modelində dəyişikliklər də diqqətə alınmalıdır.