Ezonn Xəbər

Kunqfu Sanda üzrə XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib - FOTOLAR

Kunqfu Sanda üzrə XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib - FOTOLAR
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Sərhədçi İdman Olimpiya Mərkəzində Kunqfu Sanda üzrə XXXII Azərbaycan Çempionatı və Birinciliyi keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası və Kungfu Federasiyasının təşkilatçılığı ilə baş tutan bu yarışda 65 klubdan 450-dən çox idmançı iştirak edib. Yarışın açılış mərasimi çərçivəsində kunqfu üzrə müxtəlif nümayişlər baş tutmuşdur. Rafət Əsədov və onun tələbələri tərəfindən xüsusi nümayişlər göstərilmiş, eyni zamanda kunqfu üzrə dünya çempionu Elvin Səfərov Kunq-funun Piyan stilini təqdim edib. Məmmədova Fatimə isə Tai Chi stilini nümayiş etdirib. İki gün davam edən yarışda idmançılar öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək çempionluq uğrunda mübarizə aparıblar. Qarşılaşmalar yüksək rəqabət şəraitində baş verib. Yarışın əsas məqsədi Kunqfu sanda idman növünün ölkəmizdə inkişafını təmin etmək, gənclər arasında idmana olan marağı artırmaq və perspektivli idmançıların peşəkar inkişafına dəstək verməkdir. XXXII Azərbaycan Çempionatı və Birinciliyi döyüş idman növlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Cavad İdman Klubu da bu yarışda xüsusi nailiyyət əldə edərək, 40-a yaxın idmançı ilə 1-ci yerə layiq görülüb. Bu nəticə klubun idmançılarının yüksək hazırlıq səviyyəsini və komandanın uğurlu fəaliyyətini bir daha nümayiş etdirir.