İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilməyib?

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Son günlər mediada Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının institusional akkreditasiyadan keçməməsi ilə bağlı məlumatlar yayımlanıb. Bu xəbərlər akademiyanın qiymətləndirmədən mənfi nəticə aldığına işarə edir.
Elm və Təhsil Nazirliyinin açıqlamasına görə, 2025–2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin institusional akkreditasiyası qiymətləndirilir. Bu qiymətləndirmə zamanı Azərbaycan Respublikasının Dövlət İdarəçilik Akademiyasının da adı keçir.
Nazirlik, ali təhsil müəssisələrinin akkreditasiyaların mütəmadi olaraq müəyyən edilmiş qrafik üzrə aparıldığını və bu nəticələrin Akkreditasiya Şurasının iclasında müzakirə olunaraq qərar verildiyini açıqlayıb. “Akkreditasiyanın nəticələri barədə Elm və Təhsil Nazirliyi ictimaiyyətə rəsmi məlumat verəcək” – deyə, nazirlik əlavə edib.
Akkreditasiyanın nəticələri haqqında yayılan məlumatların rəsmi qərar kimi təqdim edilməsi isə düzgündür. Nazirlik bununla bağlı ictimaiyyətə səlahiyyətli qurumların rəsmi məlumatlarına istinad etməyi tövsiyə edir.