Aylıq 419 manatdan 91 mənzil kirayəyə verilir - ÜNVANLAR

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
İpoteka və Kredit Zəmanət Fondu, noyabrın 24-də Bakı, Sumqayıt və Abşeronda tam təmirli 91 yeni mənzili aylıq 419 manatdan başlayan qiymətlərlə kirayəyə təqdim edəcək. Bu təsisata görə, kirayə seçim prosesi saat 15:00-da başlayacaq.
Təklif olunan mənzillər 1, 2 və 3 otaqlı olmaqla, aşağıdakı ünvanlarda yerləşir: Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi – 27 mənzil; Sumqayıt şəhəri, Sülh prospekti – 38 mənzil; Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsi – 26 mənzil.
Müraciətlərin qəbulu və mənzil seçimi “Mygov” portalındakı “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçiriləcək. İstifadəçilər müraciətlərini “SİMA İmza” ilə biometrik identifikasiya funksiyası vasitəsi ilə təsdiq edə biləcəklər.
Mexanizmin tətbiqi ilə bağlı ətraflı məlumat almaq üçün Fondun rəsmi saytını, YouTube kanalını və “1549” Çağrı Mərkəzini ziyarət etmək mümkündür.