Kirayə mexanizmi ilə mənzil almaq istəyənlərin nəzərinə!

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
İpoteka və Kredit Zəmanət Fondu, Bakı şəhərinin Binəqədi rayonunda, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 27, Sumqayıt şəhərinin Sülh prospektindəki kompleksdə 38 və Abşeron rayonunun Saray qəsəbəsindəki kompleksdə 26 olmaqla, ümumilikdə 91 yeni mənzili vətəndaşlara təqdim edir.
Yeni mənzillər 1, 2 və 3 otaqlı variantlarda olacaq və aylıq ödənişlər 419 manatdan başlayır. Bütün mənzillər tam təmirli şəkildə təqdim edilir.
Mənzillərin seçimi noyabrın 24-də, saat 15:00-dan etibarən həyata keçiriləcək. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə tanış olmaq üçün xüsusi keçid vasitəsilə məlumat əldə edə bilərlər.
Müraciətlərin qəbulu və mənzillərin seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən olacaq. Ərizəçilər, müraciətlərini SİMA İmza biometrik identifikasiya funksiyası ilə təsdiqləyə biləcəklər. SİMA İmzanın biometrik identifikasiya üsulu ilə bağlı tədbirlərin keçirilməsi üçün də ətraflı təlimatlar təqdim olunacaq.