Ezonn Xəbər

Azərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub

Azərbaycanda kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. İpoteka və Kredit Zəmanət Fondu, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində, Bakı şəhərində 27, Sumqayıt şəhərində 38 və Abşeron rayonunda 26 olmaqla, ümumilikdə 91 yeni tam təmirli mənzili vətəndaşların istifadəsinə təqdim edib. Yeni mənzillər 1, 2 və 3 otaqdan ibarət olub, aylıq ödənişlərin məbləği 419 manatdan başlayır. Bu mənzillər, şəhərlərdəki müxtəlif yaşayış komplekslərində yerləşir. Mənzillərin seçimi noyabrın 24-də, saat 15:00-dan etibarən başlayacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısını müvafiq portal vasitəsilə yoxlaya bilərlər. Müraciətlərin qəbul olunması və mənzil seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər, müraciətlərini SİMA İmzanın biometrik identifikasiya funksiyası ilə təsdiq edə biləcəklər. SİMA İmzanın biometrik identifikasiya üsulu ilə bağlı təlimatlar da müvafiq keçid vasitəsilə vətəndaşlara təqdim ediləcək.