Ezonn Xəbər

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib - VİDEO

FHN Ucarda kompleks mülki müdafiə təlimi keçirib - VİDEO
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Fövqəladə Hallar Nazirliyi (FHN) Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Ucar rayonunda kompleks mülki müdafiə təlimi keçirilib. Təlim "İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili" mövzusu ətrafında aparılıb. Təlimdə FHN Aran Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, FHN-in müvafiq qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası, mülki müdafiə xidmətləri və digər aidiyyəti şəxslər iştirak ediblər. Təlimin məqsədi mülki müdafiə planlarının reallığını yoxlamaq, qarşılıqlı fəaliyyət üzrə bilik və bacarıqları artırmaq olub. Bununla yanaşı, tədbir çərçivəsində əvvəldən hazırlanmış şərti fövqəladə hal zamanı əhalinin köçürülməsi üçün çadır şəhərciyinə baş çəkilib. Təlimin gedişatında mülki müdafiə dəstələrinə sıra baxışından sonra qərargahda müşavirə keçirilib. Müşavirədə Vaqif Fətullayev mülki müdafiənin əhəmiyyəti və fövqəladə hadisələr zamanı idarəetmə orqanlarının qarşılıqlı fəaliyyəti haqqında danışıb. Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov isə mülki müdafiə sahəsində aidiyyəti təşkilatların birgə fəaliyyətinin əhalinin təhlükəsizliyinin təminatı üçün vacibliyini vurğulayıb. Təlim zamanı 331 nəfərdən ibarət şəxsi heyət və 67 ədəd texnika iştirak edib. Təlimin nəticələrinin müzakirəsi sonrası müvafiq tapşırıqlar verilib.