Ezonn Xəbər

Ankarada tarixi görüş: Şuşa, Kərkük və Ankara qadınları bir arada - FOTO

Ankarada tarixi görüş: Şuşa, Kərkük və Ankara qadınları bir arada - FOTO
Ezonn TV «Yeniçağ» mənbəsinə istinadən xəbər verir. Türkiyənin paytaxtı Ankarada "Şuşa, Kərkük, Ankara / Şərqin öncül qadınları / Sürəyya Ağaoğlunun izi ilə, keçmişdən gələcəyə" adı altında I Beynəlxalq Simpozium baş tutub. Simpozium, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Mədəniyyətlərarası Şəbəkə Dərnəyinin birgə təşkilatçılığı ilə TADİV-in Şuşa Konqres Zalında keçirilib. Tədbirdə iştirak edən qadınlar arasında Türkiyə, Azərbaycan və İraqdan olan mütəxəssislər, onların öncüllük təcrübələri və Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlunun irsi müzakirə edilib. Prof. Dr. Aygün Attar, Sürəyya Ağaoğlunun həyatı və ədalət mübarizəsindən bəhs edən "Ədalətin qadın səsi: Sürəyya Ağaoğlu" adlı bioqrafik romanını təqdim edib. Simpoziumda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İraq Baş nazirinin qadın məsələləri üzrə müşaviri Ala Tələbani və TBMM-nin Qadın-Kişi Bərabər İmkanlar Komissiyasının sədri Çiğdəm Ərdoğan çıxış ediblər. Üç ölkənin təcrübələri fonunda qadınların qərar vermə proseslərində iştirakı və beynəlxalq həmrəylik məsələləri geniş müzakirə edilib. Panel iclasında, qadınların tarixi töhfələrinin tanıdılması və peşəkar maneələrin aradan qaldırılması ön plana çəkilib. Ayrıca, 25 Noyabr - Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ərəfəsində müzakirələrdə müharibələrin qadınların həyatına təsiri vurğulanıb. Sonda, simpoziumun təşkilinə verdiyi dəstəyə görə iştirakçılara təşəkkür edilib.