"29 mindən çox sakinin yaşadığı massivdə məktəb yoxdur"

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Sumqayıt şəhərində yerləşən Yaşıl dərə massivində 29 mindən çox sakin yaşayır, lakin burada məktəbin olmaması ciddi narahatlıqlara səbəb olub. Bu faktı Milli Məclisin plenar iclasında deputat Mehriban Vəliyeva açıqlayıb, 2027-ci ilin dövlət büdcəsi layihəsi müzakirəsi zamanı ərazinin sosial infrastrukturundakı çatışmazlıqları vurğulayıb.
Deputat bildirib ki, 550 hektar ərazidə 4210 fərdi ev yerləşir. Sakinlərin öz hesabına saldığı massivin kanalizasiya şəbəkəsi və yolları əvvəlcədən planlaşdırılmadığı üçün bu problemlər daha da dərinləşib. Yaşıl dərə massivinin yalnız 0,35 hektarı yaşıllıq zonası ilə örtülüdür.
Vəliyeva məktəb olmamasının uşaqlar üçün çətinlik yaratdığını, bununla yanaşı, ətraf məktəblərdə şagird sıxlığını artırdığını qeyd edib. O, eyni zamanda, burada uşaq bağçası və ilkin tibbi yardım məntəqəsinin də zəruri olduğunu vurğulayıb.
Deputat, Sumqayıtın kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə müvafiq işlərin görüldüyünü, ancaq Yaşıl dərə layihəsinə daxil edilmədiyini qeyd edib. O, növbəti mərhələdə massivin də layihəyə daxil edilməsini təklif edib.
Vəliyeva, bələdiyyə və icra hakimiyyətinin dəstəyi ilə abadlıq işlərinin aparıldığını, lakin kanalizasiya problemalarının həllinin dövlət investisiyası tələb etdiyini bildirərək, 2027-ci ilin dövlət investisiya xərclərinin planlaşdırılmasında bu məsələlərin nəzərə alınmasını xahiş edib.