Yaş artdıqca insan orqanizmdə nə baş verir?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin “City of Hope” tədqiqat mərkəzinin mütəxəssisləri, yaşın artırılması ilə bərabər insan orqanizminin istilik istehsalının necə zəiflədyini öyrənməyə çalışıblar. Tədqiqatın əsas məqsədi, bu prosesi gələcəkdə necə bərpa etməyin mümkün olacağıdır.
Alimlərin araşdırmasına görə, orqanizmin temperatur balansının qorunmasında termogenik yağ toxuması əhəmiyyətli rol oynayır. Bu toxuma, ətrafdakı temperatur düşdükdə kalori yandıraraq istilik istehsal edir. Termogenik yağ, bədənin daxili istilik sistemi kimi çıxış edir, bununla da soyuqdan qoruyur.
Lakin yaşın artması ilə bu sistemin fəaliyyəti zəifləyir. Termogenik yağ hüceyrələrinin soyuğa qarşı reaksiyası əvvəlki sürətini itirir. Nəticə olaraq, orqanizmin istilik istehsal etmək və soyuq mühitlə uyğunlaşa bilmək qabiliyyəti dəyişir.
Tədqiqatçılar, bu bərpa prosesində sinir sistemi ilə immun hüceyrələri arasında bağın əhəmiyyətini vurğulayırlar. Yaşlı siçanlar üzərində aparılan təcrübələr, termogenik yağ toxumasının istilik istehsalını artıran qabiliyyətinin tamamilə itirilmədiyini, lakin reaksiyanın ləngidiyini göstərib.
Öz növbəsində, tədqiqatçılar bioloji mexanizmin müəyyən hissələrini bloklamaqla, yaşlı siçanlarda istilik istehsalını qismən bərpa ediblər. Bu, heyvanların daha çox istilik istehsal etməsi və enerji sərfiyyatının artması ilə nəticələnib. Ancaq alimlər bildirir ki, əldə olunan nəticələr hələ insanlar üzərində təsdiqlənməyib. Araşdırmalar yaşlanma ilə əlaqəli xəstəliklərin öyrənilməsi üçün yeni müalicə üsullarının işlənməsinə kömək edə bilər.
Yerinə yetirilən tədqiqatın nəticələri 12 noyabr 2026-cı ildə nüfuzlu “Nature” jurnalında dərc olunub.