Media və Yayım Şurası: Din xadimləri ilə bağlı qanunvericilikdə yeni məhdudiyyət yoxdur

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Son günlərdə bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsinin din xadimlərinə dair yeni məhdudiyyətlər tətbiq etdiyi iddiaları yayımlanıb. Bununla bağlı Media və Yayım Şurası rəsmi məlumat yayıb və bu iddiaların həqiqətə uyğun olmadığını bildirib.
Açıqlamada qeyd olunub ki, hazırkı qanunvericilik aktları çərçivəsində din xadimlərinin dövlət orqanlarına seçilməsi və ya təyin olunması halında, onların peşəkar dini fəaliyyətlərinin dayandırılması artıq qanunla tənzimlənib. Xüsusilə, "Dini etiqad azadlığı haqqında" Qanunun 4-1.3-cü maddəsi və Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi bu principləri sistemləşdirir.
Şuranın məlumatına görə, bu tələblər vətəndaşların dini inanclarına yönəlmir, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir. İddialara görə, bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim olunması qanunvericiliyin anlamını təhrif edir və yanlış təsəvvürlərin formalaşmasına səbəb olur.
Media və Yayım Şurası, media subyektlərindən və sosial şəbəkə istifadəçilərindən hüquqi aktlarla bağlı məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyi, qanunvericilik normalarını diqqətlə analiz etməyi və dəqiq bilgi yaymağı tələb edib.