Din xadimlərinə yeni məhdudiyyət qoyulub? – Şuradan açıqlama

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə bəzi media orqanları və sosial şəbəkələrdə din xadimlərinə dair yeni məhdudiyyətlərin tətbiq olunduğuna dair məlumatlar yayılıb. Bu məlumatlarla bağlı Media və Yayım Şurası açıqlama verərək, iddiaların doğru olmadığını bildirib.
Şuranın açıqlamasında, din xadimlərinin dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda peşəkar dini fəaliyyətlərini dayandırmasının tələb olunduğu qeyd olunub. Həmin tələbin "Dini etiqad azadlığı haqqında" Qanunun 4-1.3-cü maddəsində artıq təsbit olunduğu vurgulanıb.
Açıqlamada həmçinin, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsinin bu hüquqi normaya istinad etdiyi və tələbini sistemləşdirdiyi bildirilib. Şura, qeyd olunan müddətlərin yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərə aid olduğunu, bunun dini etiqad və ya dini təhsil haqqına məhdudiyyət qoymadığını vurğulayıb.
Media və Yayım Şurası, bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsini qanunvericiliyin mahiyyətini təhrif etmək kimi qiymətləndirərək, ictimaiyyətdə yanlış təsəvvürlərin formalaşmasına yenidən diqqət çəkib. Eyni zamanda, hüquqi aktlarla bağlı məlumat yayıldıqda rəsmi mənbələrə istinad edilməsi, müvafiq normaların əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil edilməsi və yalnız dəqiq informasiya təqdim edilməsi çağırışını edib.