Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilib? – Rəsmi açıqlama

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə bəzi media orqanları və sosial şəbəkələrdə din xadimlərinə dövlət qulluğuna qəbulda əvvəllər mövcud olmayan yeni məhdudiyyətlərin tətbiq edildiyi barədə xəbərlər yayılıb. Bu məlumatların doğru olmadığı Media və Yayım Şurası tərəfindən təsdiqlənib.
Şura tərəfindən yayılan məlumatda, Dövlət Qulluğu Məcəlləsi və digər müvafiq qanunların əvvəlcədən müəyyən olunmuş qaydalara əsaslandığı bildirilib. Həmçinin, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimlərinin dövlət orqanlarına təyin edilərkən peşəkar dini fəaliyyətlərini dayandırmaları qanunvericiliklə müəyyənləşdirilib.
Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsinin bu hüquqi normanı sistemləşdirdiyi vurğulanıb. Qeyd edilib ki, bu müddəa yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərə aiddir, vətəndaşların dini etiqadına və təhsilinə deyil.
Bununla yanaşı, Media və Yayım Şurası, qanunvericilik aktlarını təqdim edən şəxsləri rəsmi mənbələrə istinad etməyə, əvvəlki hüquqi tənzimləmələrlə müqayisə aparmağa və yalnız dəqiq informasiya yaymağa çağırıb. Bu cür manipulyasiyaların ictimaiyyətin yanlış təsəvvürlər formalaşdırmasına səbəb olduğu bildirilib.