Ezonn Xəbər

ABŞ-nin neft ehtiyatında 44 ildə ilk

ABŞ-nin neft ehtiyatında 44 ildə ilk
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ-ın Strateji Neft Ehtiyatları 13 noyabrda bitən həftənin sonunda 276,4 milyon barel səviyyəsinə düşüb. Bu, 1982-ci ildən bu yana rekord minimum hesab edilir. ABŞ Energetika Nazirliyinin təqdim etdiyi məlumatlara görə, ehtiyatlar hələ də azalma trendini davam etdirir. Son bir həftə ərzində ABŞ-ın strateji neft ehtiyatları təxminən 3,1 milyon barel azalmışdır. 1982-ci ilin oktyabrında qeyd olunan daha əvvəlki ən aşağı göstərici 278,725 milyon barel səviyyəsində qeydə alınmışdı. Ehtiyatların azalma prosesi 2023-cü ilin avqust ayında başlamışdır. Avqustun sonunda ehtiyatlar 1982-ci ilin rekord minimumuna yaxınlaşmış, oktyabrın əvvəlində isə artıq 283 milyon barelə düşmüşdür. Noyabr ayının əvvəlindən etibarən bu azalma daha da sürətlənib. ABŞ-nin strateji neft ehtiyatı, 1975-ci ildən etibarən qlobal enerji böhranına cavab olaraq yaradılmışdır. Bu ehtiyat, gələcək fövqəladə hallarda neft ehtiyacı üçün mühafizə məqsədini güdür.